“Sabah”dan Ümit Özatla bağlı açıqlama

Türkiyə mətbuatında “Sabah” klubunun Ümit Özatı baş məşqçi postuna gətirəcəyi haqda xəbər yayılıb. “NTV Spor”un iddiasına görə, “Sabah” rəsmiləri son olaraq “Adana Dəmirspor”u çalışdıran Ümit Özatla görüşmək üçün İstanbula yollanıb.

Bu məlumatın nə dərəcədə doğru olması ilə bağlı “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla danışdıq. Klub rəsmisi Komanda.az-a açıqlamasında, Özatla heç bir danışıqlar aparmadıqlarını bildirdi:

“Biz klub olaraq hazırda Ümit Özatla danışıq aparmırıq. Klub rəsmilərindən də heç kim Türkiyəyə danışıq aparmaq üçün getməyib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button