
“Mançester Siti” Vinisius üçün 50 milyon avro ayırmağa hazırdır
“Mançester Siti” “Roma”nın müdafiəçisi Uesli França Vinisiusu transfer etmək niyyətindədir.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “şəhərlilər” 22 yaşlı oyunçunun transferinə 50 milyon avro ayırmağa hazırdır.
Vinisius “Roma”da keçən ilin yayından bəri çıxış edir və onun müqaviləsinin müddəti 2030-cu ilin iyununda bitəcək.
Braziliyalı müdafiəçi cari mövsümdə 29 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



