“Bayern” hücumçusu ilə yeni müqavilə imzalamağa yaxındır

“Bayern”in hücumçusu Serj Qnabri klubla müqaviləsinin müddətini uzatmağa yaxındır. Onun yeni sözləşmə imzalayacağı ilə bağlı şayiələr ötən ildən bəri davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, proses plan üzrə gedir. Müqavilənin imzalanması bir qədər geciksə də, bunun gələn həftə baş tutacağı gözlənilir.

Münhen klubunun rəhbərliyi almaniyalı forvardın çıxışından tam razıdır və onu yaxın gələcəkdə komandanın liderlərindən biri kimi görür.

30 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 23 oyunda meydana çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button