“Bayern” almaniyalı futbolçu ilə anlaşmağa yaxındır

“Bayern”in hücumçusu Serj Qnabri böyük ehtimalla komandada qalacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasındakı danışıqlar sona yaxınlaşır və yaxın zamanda bütün detallar həll olunacaq.

Bununla da, Qnabri klubla müddəti 2028-ci ilin iyununa qədər olan yeni müqavilə imzalayacaq.

Almaniyalı futbolçu 2017-ci ildən “Bayern”də çıxış edir. O, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 21 oyunda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button