ÇL: “Bayern” hazırda çox güclüdür”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının “Bayern”lə oyunu öncəsi qarşılaşmadan gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Bayern”in hazırda çox güclü olduğunu bildirib:

“Avropanın ən güclü komandasının kim olduğunu mövsümün sonunda biləcəyik. Bunun üçün qazanılan titullara baxmaq lazımdır. Hazırda “Bayern” çox güclüdür, bu həmişə belə olub. Qarşılaşmanın çətin keçəcəyini bilirik, amma biz buna hazırıq. Bu, həyəcanverici oyun olacaq”.

Enrike, Münhen təmsilçisinin ardıcıl 15 qələbəsinə hörmətlə yanaşdığını vurğulayıb:

“Onlar böyük tərifi haqq edirlər. Amma “Park de Prens”də, azarkeşlərimizin qarşısında özümüzə kifayət qədər inanırıq. Əlimizdən gələni edəcəyik və “Bayern”in təzyiqi ilə bacaracağıq”.

PSJ – “Bayern” matçı bu gün saat 00:00-da start götürəcək. Hər iki komanda Çempionlar Liqasının üç turundan sonra maksimum nəticə göstərərək, ilk iki pilləni bölüşür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button