45 yaşlı baş məşqçi oyun vaxtı öldü

Serbiya Futbol İttifaqı “Radniçki”nin baş məşqçisi Mladen Jijoviçin faciəvi şəkildə vəfatı ilə bağlı dərin hüzn ifadə edib.

Hadisə Serbiya Super Liqasının 14-cü turunda, “Mladost” – “Radniçki” matçı zamanı baş verib. Oyunun 22-ci dəqiqəsində 45 yaşlı mütəxəssis özünü pis hiss edib. Təxminən 20 dəqiqə sonra stadionda onun vəfat etdiyi elan olunub.

Komanda.az Serbiya Futbol İttifaqının rəsmi açıqlamasını təqdim edir:

“Serbiya Futbol İttifaqı Mladen Jijoviçin qəfil vəfatı xəbərini dərin kədərlə qarşıladı. Onun itkisi bütün futbol ictimaiyyəti üçün böyük bir faciədir. İttifaq mərhumun ailəsinə, “Radniçki” klubuna, dostlarına və azarkeşlərinə dərin hüznlə başsağlığı verir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button