Qovulmalı olan sonuncu adam – Yurçeviç!

Mız

Yazırlar, müzakirə edirlər yenə – Azərbaycan millisi Bakıda Xorvatiyaya da uduzsa, Nikola Yurçeviç istefaya göndəriləcək, yerinə Andrey, ya da Əhməd gətiriləcək. Ya da…

Ya da kim olur, olsun. Niyəymiş? Azərbaycan millisi cari seçmə mərhələdə qələbə üzünə həsrət qalıb, qələbə bir yana, heç-heçə üçün də burnumuzun ucu göynəyir.

Ay qardaş, ay bacı, ay müəllim, a bəy, nə vaxta qədər Azərbaycan milli komandası uduzacaq, baş məşqçilər istefa verəcək? Niyə yazmırsız, müzakirəyə çıxarmırsız ki, milli komanda yenə uduzsa, 12 ildir əllərini Azərbaycan futbolunun boğazına keçirmiş Elxan Məmmədov istefa verəcək, yoxsa yox? Niyə onu yazmırsız ki, milli yenə uduzsa, İsgəndər Cavadov, Kazbek Tuayev kimi ortada yeyib, qıraqda gəzənlərin vicdanları dilə gələcəkmi, AFFA İcraiyyə Komitəsindən üzüsulu çıxıb gedəcəklərmi?

Milli yenə uduzsa… bu məğlubiyyətdə hamıdan az Yurçeviçin günahı olacaq. Qovulmalı, istefaya göndərilməli sonuncu adam da Yurçeviçdir!

Mızbaz

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button