PSJ-nin 6 futbolçusu “Barselona” ilə matçı buraxa bilər

PSJ-nin zədə problemləri artmaqda davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubunun baş məşqçisi Luis Enrike Çempionlar Liqasında “Barselona” ilə qarşılaşmada çox güman ki, komandada 6 əsas oyunçunun olmayacağını bildirib.

Yarımmüdafiəçi Vitinya və vinger Xviça Kvaratsxeliya şənbə günü Liqa 1-də “Oser”lə oyunda (2:0) zədəli futbolçular siyahısına əlavə edilib. Bundan əlavə, Osman Dembele, Markinyos, Fabian Ruis və Desir Due Kataloniya klubuna qarşı matçda demək olar ki, iştirak etməyəcəklər.

“Barselona” – PSJ oyunu oktyabrın 1-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button