
Donnarumma: “Mən PSJ-də qalmaq istəyirdim”
Yay transfer pəncərəsində PSJ-dən “Mançester Siti”yə keçən qapıçı Canluici Donnarumma Fransa klubunda qalmaq istədiyini etiraf edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı qolkiper dəyişikliyin asan olmadığını söyləyib:
“Dəyişiklik heç vaxt asan deyil. PSJ-nin böyük azarkeşləri və komandanın heyrətamiz oyunçuları var. Onların əla məşqçiləri, idman direktoru və prezidenti var. Mən qalmaq istəyirdim”.
Donnarumma 2021-2025-ci illərdə parislilərin heyətində çıxış edib və komanda ilə 2024/25 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



