11,3 milyon qazanacaq – “Arsenal”la razılaşsa
“Arsenal” klubu futbolçusu Aleksandr Lakazettin müqaviləsinin müddətini uzatmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, London təmsilçisi fransız hücumçu ilə müddəti 2023-cü ilin yayına qədər olan yeni sözləşmə imzalamaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Lakazett yeni müqavilə imzalayacağı halda, illik bonuslarla birlikdə 11,3 milyon funt-sterlinq qazanacaq.
2017-ci ildən “Arsenal”da çıxış edən 28 yaşlı hücumçunun hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin