
“İnter” Gündoğana “yox” deyib
“Mançester Siti” ilə yollarını ayıran İlkay Gündoğan karyerasını İtaliyada davam etdirə bilərmiş.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin xidməti “İnter”ə təklif olunub.
Almaniyalı futbolçu Milan təmsilçisinə azad agent kimi keçə bilərmiş, ancaq klub qısa müddət əvvəl 22 yaşlı Andi Diufu 20 milyon avroya transfer etdiyi üçün bu variantı rədd edib.
Nəticədə, Gündoğan başqa seçim edib. Sentyabrın 2-də onun “Qalatasaray”a keçidi rəsmən açıqlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



