“İnter”in müdafiəçisi Braziliya klubuna keçir

“İnter” 22 yaşlı müdafiəçisi Tomas Palasiosun transferi ilə bağlı “Santos”la razılığa gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu Braziliya klubuna icarə əsasında qoşulacaq və müqavilədə satınalma şərti də yer alacaq.

“Santos” icarə müddətində Palasiosun maaşını tam şəkildə ödəyəcək. Onun birdəfəlik transfer qiyməti isə 10 milyon avrodan bir qədər çox olacaq.

22 yaşlı müdafiəçi ötən mövsümün ikinci yarısını “Monza”da keçirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button