
Donnarumma PSJ-nin qapıçılarından ayrı məşq edir
PSJ-nin qapıçısı Canluici Donnarumma bu gün Luis Enrikenin rəhbərlik etdiyi komandanın sahə oyunçuları ilə birlikdə məşq edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qapıçılar Matvey Safonov və Luka Şevalye isə ayrıca məşq keçiblər.
Donnarumma avqustun 12-də klubdan ayrılacağına dair yayılan söz-söhbətləri təsdiqləyərək, PSJ-də qalmağı planlamadığını bildirmişdi. İtaliyalı qapıçının PSJ ilə olan müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
Donnarummanın xidmətinə “Mançester Siti”nin maraq göstərdiyi ilə bağlı məlumatlar yayılıb.
PSJ hazırda Fransanın son çempionu və UEFA Çempionlar Liqasının qalibidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



