
“Tottenhem” braziliyalı futbolçu üçün 80 milyon avro ödəməyə razıdır
“Tottenhem” “Mançester Siti”nin braziliyalı vingeri Savionun transferi üçün növbəti dəfə rəsmi təklifini artırmağa hazırlaşır.
Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, London təmsilçisi 21 yaşlı futbolçuya görə 80 milyon avro ödəməyə razıdır.
Daha əvvəl “Mançester Siti” 70 milyon avroluq təklifi qəbul etməmişdi. Hazırda Savionun agentləri klublar arasında vasitəçilik edir. Ancaq “şəhərlilər”in satmaq istəyi az olduğundan, danışıqların asan keçməsi gözlənilmir.
Savio ötən mövsüm Premyer Liqada 29 oyuna çıxıb, 1 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



