Agenti Donnarumma haqda: “Baş verənlərdən çox məyusdur”

İtaliya millisinin və PSJ-nin qapıçısı Canluici Donnarummanın klubu tərk etməsi ilə bağlı iddialar fonunda onun agenti Enzo Rayola məsələni şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, agent italiyalı futbolçunun və özü ilə birgə təmsilçilərin klubun son qərarından məyus olduqlarını bildirib:

“Bu oğlan baş verənlərdən çox məyusdur. Son 10 gün 4 illik zəhməti silib atdı. Burada qurulmuş qala dağıldı. PSJ müxtəlif təkliflər irəli sürmüşdü. Biz maaşın azaldılmasına belə, razı idik, çünki Canluici qalmaq istəyirdi. Ancaq klub fikrini dəyişdi və biz danışıqları dayandırdıq. Sonra yenidən davam etdirmək istədik, amma vəziyyət dəyişdi”.

Agent əlavə edib ki, klubun son bir ay ərzində baş məşqçi səviyyəsində oyunçuya münasibəti gözlənilmədən dəyişib və bu, ən çox məyusluq doğuran amildir:

“Təəssüf ki, hörmət haqqında danışırlar, amma görünən odur ki, onlar üçün hörmət yalnız pulla ölçülür. Ola bilər ki, yalnız Premyer Liqa klubları PSJ-nin maliyyə tələblərinə cavab verə bilər. Amma söhbət sadəcə ayrılmaqdan getmir. İmic baxımından öz mövqeyimizi müəyyənləşdirməliyik”.

26 yaşlı Donnarumma PSJ-də 2021-ci ildən çıxış edir və klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button