“Barselona” – Ter Ştegen “müharibə”si bitdi

“Barselona”nın prezidenti Xuan Laporta klubla münasibəti pozulan komandanın qapıçısı Mark-Andre ter Ştegenin evinə baş çəkib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti futbolçu ilə şəxsən danışmaq qərarına gəlib və hər ikisi son günlər yaranmış vəziyyətə gətirib çıxaran səbəblərlə bağlı uzun-uzadı söhbət ediblər. Qolkiper ifadəsində göstərilən arqumentlərə istinad edib və Laporta klubun qərarını izah edib. Nəticədə, Ter Ştegen La Liqa üçün tibbi arayışı imzalayıb və prezident intizam işinin bağlanması, futbolçunun kapitanlığa qaytarılması barədə göstəriş verib.

Daha əvvəl almaniyalı qapıçı belindən əməliyyat olunub və La Liqa komissiyası üçün tibbi arayış imzalamaqdan imtina edib. Bununla əlaqədar olaraq klub intizam işi qaldırıb və Ter Ştegenin müvəqqəti olaraq əsas komandanın kapitanı statusundan məhrum edilməsinə qərar verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button