
Keyn qərarını verib
“Bayern”in hücumçusu Harri Keyn yaxın gələcəklə bağlı qərarını verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis forvard 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra İngiltərə Premyer Liqasına qayıtmağı planlaşdırmır.
Keyn “Bayern”lə müqaviləsini sona qədər yerinə yetirmək və Münhen klubunda çıxışını davam etdirmək niyyətindədir. Onun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.
Hazırda 75 milyon avro dəyəri olan Keyn, 2024/25 mövsümündə Bundesliqada 31 oyunda meydana çıxıb, 26 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin