“Qarabağ” – “Şkendiya” matçına neçə bilet satılıb?

Bakıda “Qarabağ” və Şimali Makedoniyanın “Şkendiya” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa satılan bilet sayı məlum olub.

Komanda.az xəbər verir ki, oyuna indiyədək 14500 bilet satılıb. Bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat verib.

Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Səfərdəki görüşdə “köhlən atlar” rəqibini bir cavabsız qolla üstələyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button