“Mahirə qarşı müdafiə olunmaq çox çətindir” – “Şalke”nin baş məşqçisi

Almaniya 2-ci Bundesliqasının 2-ci turunun sabah “Kayzerslautern”lə keçiriləcək oyunu haqda danışan “Şalke”nin baş məşqçisi Miron Musliç rəqibin azərbaycanlı hücumçusu Mahir Emreli haqda fikirlərini bölüşüb.

Komanda.az “Der Betze brennt”-ə istinadən xəbər verir ki, Helzenkirhen təmsilçisinin çalışdırıcısı millimizin üzvü barədə bunları deyib:

“Kayzerslautern” bəzi oyunçuların getməsinə baxmayaraq, çox yaxşı futbolçularla gücləndi. Xüsusilə, hücumda güclənmə baş verib. Kunze və Şahinlə yarımmüdafiədə yeni güc tapıblar. Mahir Emreli və Prtainə qarşı müdafiə olunmaq çox çətindir. Onlar fiziki cəhətdən güclüdürlər və hazır hücumçudurlar. Bu, bizim üçün ciddi sınaq olacaq”.

“Kayzerslautern” – “Şalke” oyunu sabah keçiriləcək və matça saat 17:00-da start veriləcək. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button