İsak klubunun onu aldatdığını düşünür

“Nyukasl”ın hücumçusu Aleksander İsak klubun ona münasibətindən çox məyus olub.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, isveçli futbolçu, klubun ona verdiyi vədi yerinə yetirmədiyini, onu satmağa, ya da təkmilləşdirilmiş müqavilə təklif etməyə söz verdiyini bildirir.

İsak çox məyus olub və hirslidir.

25 yaşlı hücumçu “Liverpul”la razılığa gəlmişdi, ancaq “Nyukasl”ın onların təklifini rədd etməsi nəticəsində transfer baş tutmadı. İndiki halda, mersisaydlılar yeni təkliflə geri dönə bilərlər.

İsak hələ də “Liverpul”a transferini başa çatdırmaq niyyətindədir və transfer pəncərəsi bağlanmadan bu keçidi gerçəkləşdirməyə ümid edir. Onun “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button