“Mançester Siti”dən rekord sponsorluq müqaviləsi

“Mançester Siti” və Almaniyanın məşhur idman geyimləri brendi “Puma” arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Yeni razılaşma 2034/35 mövsümünə qədər qüvvədə olacaq. Müqaviləyə əsasən, “şəhərlilər” hər mövsüm “Puma”dan 100 milyon avro gəlir əldə edəcək. Bu göstərici İngiltərə futbolu tarixində texniki sponsorla bağlanmış ən böyük müqavilə hesab olunur.

“Mançester Siti” 2019/20 mövsümündən bəri “Puma” ilə əməkdaşlıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button