Xorvatiya millisinin üzvü İngiltərə klubunda – Rəsmi

“Kristal Pelas” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az “qartallar”ın rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi Borna Sosa London təmsilçisi ilə müqavilə imzalayıb.

27 yaşlı futbolçu ilə müddəti 2028-ci ilin yayına qədər olan müqavilə bağlanıb. O, “Kristal Pelas”a “Ayaks”dan keçib. Transferin dəyəri təxminən 3,5 milyon avro təşkil edib.

Sosa sol cinahda həm müdafiə, həm də hücumda çıxış edə bilir. Xorvatiya millisinin üzvü olan futbolçu yığmanın heyətində 26 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button