
“Araz-Naxçıvan” bu gün Super Liqa komandası ilə qarşılaşacaq
Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” növbəti yoxlama matçını bu gün keçirəcək.
Komanda.az xəbər verir ki, komanda Türkiyə Super Liqası təmsilçisi “Alanyaspor”la üz-üzə gələcək.
Qarşılaşma saat 17:00-da start götürəcək. Komanda Türkiyə toplanışı çərçivəsində daha əvvəl “Bayburtspor”la yoxlama matçı keçirib və 14:0 hesabı ilə qələbə qazanıb. “Araz-Naxçıvan” iyulun 17-də “Trabzonspor”la qarşılaşacaq.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



