Yamaldan özünə 400 min dollarlıq ad günü hədiyyəsi – FOTO

“Barselona”nın gənc oyunçusu Lamin Yamal doğum günündən öncə özünü bahalı hədiyyə ilə sevindirib.

Komanda.az CNN-ə istinadən xəbər verir ki, 13 iyulda 18 yaşı tamam olacaq ispaniyalı vinger baş hərfləri olan “LY” ilə bəzədilmiş brilyantlı boyunbağıya 400 min dollar xərcləyib.

Bəhs olunan boyunbağı qızıldan hazırlanıb və “Barselona”nın rəsmi rənglərində parlaq daşlarla bəzədilib. Ən çox diqqət çəkən detal isə Yamalın baş hərflərindən ibarət olan möhtəşəm asqıdır.

Yamal artıq “Barselona”nın əsas heyətində 106 oyuna çıxaraq, 25 qol vurub və 34 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası son mövsümdə La Liqanın, İspaniya kuboku və superkubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button