“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” yay toplanışı çərçivəsində yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Yunanıstan təmsilçisi Şotlandiyanın “Livinqston” klubu ilə qarşılaşıb. Saloniki komandası bu görüşdə 1:3 hesabı ilə uduzub.

Bundan sonra “Araz-Naxçıvan”ın rəqibi Belçikanın “Anderlext” və Niderlandın “AZ Alkmaar” komandaları ilə yoxlama oyunları keçirəcək.

“Araz-Naxçıvan” – “Aris” matçları iyulun 24-də və 31-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button