“Mourinyonun turnir cədvəlinin ortalarında yer alan komandanı çalışdıracağına inanmıram”

“Çelsi”nin sabiq futbolçusu Vilyam Qallas hesab edir ki, Joze Mourinyo hələ də İngiltərə Premyer Liqasına qayıda bilər.

Komanda.az “Prime Casino”-ya istinadən xəbər verir ki, bununla belə, o, portuqaliyalı mütəxəssisin yalnız ciddi, iddialı bir layihəyə rəhbərlik etməyə razı olacağını vurğulayıb:

“Mən Mourinyonu yalnız Premyer Liqada görə bilərəm, o da ancaq titul uğrunda mübarizə aparan komandada. Onun turnir cədvəlinin ortalarında yer alan bir komandanı çalışdıracağına inanmıram. Hazırda Mourinyo üçün çempionluq uğrunda mübarizə aparacaq uyğun bir komanda görmürəm”.

Mourinyo daha əvvəl İngiltərədə “Çelsi” (iki fərqli dövr), “Mançester Yunayted” və “Tottenhem” komandalarına başçılıq edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button