
“Turan Tovuz” “Benfika”nın yetirməsini transfer etdi – Rəsmi
“Turan Tovuz” Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareş ilə anlaşıb.
Qərb təmsilçisindən Komanda.az-a verilən məlumata görə, onunla 3 illik müqavilə imzalanıb.
“Benfika”nın yetirməsi olan yarımmüdafiəçi son olaraq Rumıniya təmsilçisi “Buzau”nun formasını geyinib.
26 yaşlı futbolçu Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



