
“Tottenhem” danimarkalı futbolçu ilə maraqlanır
“Tottenhem” baş məşqçi postuna Tomas Frankı gətirməyə hazırlaşdığı bir vaxtda, transfer bazarında da fəallaşıb.
Komanda.az “CaughtOffside”-ə istinadən xəbər verir ki, London təmsilçisi “Brentford”un yarımmüdafiəçisi Mikkel Damsqorla maraqlanır.
Danimarkalı futbolçu “Brentford”a 2022-ci ildə qoşulub və yaxınlarda klubla 5 illik yeni müqavilə imzalayıb. O, son mövsümdə bütün turnirlərdə 43 oyuna çıxaraq, 3 qol vurub və 11 məhsuldar ötürmə edib.
24 yaşlı futbolçuya yalnız “Tottenhem” deyil, həm də “Aston Villa”, “Nyukasl”, “Vest Hem”, “Napoli” və “Milan” kimi klublar da maraq göstərir. “Brentford” isə onun transferindən 50 milyon avro qazanmaq niyyətindədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin