
“Bayern” 2 futbolçu arasında seçim edir
“Bayern” yayda hücumun sol cinahına oyunçu dəvət etmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu iki namizəd arasında seçim edir. Belə ki, “Bayern” “Atletik”dən Niko Uilyamsın və PSJ-dən Bredli Barkolanın transferini nəzərdən keçirir.
Uilyamsın müqaviləsində 55 milyon avro civarında satınalma maddəsi var, ancaq agentlərin qonorarı və oyunçunun maaşı ilə bu keçid kluba çox baha başa gələ bilər.
Barkola PSJ-də əsas oyunçu olmadığına görə onun gedişi olduqca real ola bilər. “Bayern” hələlik prioritet namizədlə bağlı qərar verməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



