“Bayer”də yeni qapıçı

“Bayer” Niderland millisinin qapıçısını transfer etdiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Leverkuzen klubu İngiltərənin “Brentford” komandasından Mark Flekkenlə anlaşıb. 31 yaşlı qolkiper yeni klubu ilə 3 illik sözləşmə imzalayıb.

Flekken ötən mövsüm 39 matçda iştirak edib və 59 qol buraxıb. O, 2023-cü ildən İngiltərə klubunda çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button