“İnter”lə “Roma” arasında 6,5 milyon avroluq razılaşma

“Roma”nın yarımmüdafiəçisi Nikola Zalevski karyerasını daimi olaraq “İnter”də davam etdirə bilər.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi polşalı futbolçunu 6,5 milyon avroya almaq üçün “Roma” ilə razılığa gəlib.

Yarımmüdafiəçi 2025-ci ilin fevralından icarə əsasında “İnter”də çıxış edir. Onun müqaviləsi mövsümün sonuna qədərdir, lakin klub oyunçunu həmişəlik almaq qərarına gəlib.

Zalevski “İnter”də çıxış etdiyi müddətdə 14 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button