
“Oyuna köklənmək bizim üçün çox çətin oldu” – Elvin Məmmədov
“Səbail”in məşqçisi Elvin Məmmədov Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan danışıb.
Komanda.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyəti belə şərh edib:
“Oyuna köklənmək bizim üçün çox çətin oldu. İstər-istəməz futbolçu psixologiyasıdır. Çətin oldu. Bilirdik ki, “Neftçi” bizə qarşı belə təzyiqlə oynayacaq. Bir oyunumuz qalıb və ona köklənmişik.
Ümid edirəm ki, “Səbail” yenidən Premyer Liqaya yüksələcək”.
Nəzrin Kazımlı
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



