
Astroloqun iddiası: Messi başqa qadınla münasibətə başlayıb
Kuba əsilli astroloq Meni Vidente Lionel Messinin yaxın gələcəyi ilə bağlı proqnoz verib.
Komanda.az xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb.
Astroloqun sözlərinə görə, Messi yaxın zamanda həyat yoldaşı Antonella Rokkutsso ilə ayrılacaq. O, iddia edib ki, argentinalı futbolçu artıq başqa bir qadınla münasibətə başlayıb.
Messi həyat yoldaşı ilə birlikdə üç oğul övladını böyüdür. 37 yaşlı hücumçu hazırda ABŞ-ın “İnter Mayami” komandasında çıxış edir. “Qızıl top”un səkkizqat sahibinin Florida təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin dekabrının sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin