
Onlar döyüşdü, Reşford izlədi – FOTO
“Aston Villa”nın hücumçusu Markus Reşford, Kris Eubank Jr və Konor Benn arasında orta çəki dərəcəsində titul döyüşünə qatılıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Reşford qarşılaşmaya gələn yeganə İngiltərə Premyer Liqası oyunçusu olmayıb. Tamaşaçılar arasında “Liverpul”un müdafiəçisi Konstantinos Tsimikas və “Mançester Siti”nin müdafiəçisi Ruben Diaş da yer alıb.
27 yaşlı Reşford qışda “Mançester Yunayted”dən icarə əsasında “Aston Villa”ya keçib. O, komandada bütün yarışlarda 17 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



