“Bundan sonra bizim üçün hər oyun dünya çempionatının finalı kimi olacaq”

“İnter”in baş məşqçisi Simone İnzaqi kubokdakı uğursuzluqdan sonra komandanın durumundan danışıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis yorğunluq haqda danışmağn mənasız olduğunu bildirib:

“Gəlin, yorğunluq haqqında danışmağı dayandıraq. Bu, mənasızdır. Bilmirəm, Denzel Dumfris, Pyotr Zelinski və Markus Türam bazar günü “Roma”ya qarşı oynaya biləcəklərmi? Bundan sonra bizim üçün hər oyun dünya çempionatının finalı kimi olacaq”.

İnzaqinin komandası dünən İtaliya kubokunun yarımfinalında “Milan”a uduzaraq (0:3), trebl qazanmaq şanslarını itirib. Bir neçə gün əvvəl isə onlar A Seriyasında “Bolonya”ya məğlub (0:1) olaraq, çempionatın vahid lideri statusunu əldən veriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button