MY Osimhenlə anlaşıb

“Napoli”nin hücumçusu, hazırda “Qalatasaray”da icarə əsasında çıxış edən Viktor Osimhen “Mançester Yunayted”ə keçid üçün razılıq verib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar” nigeriyalı futbolçu ilə müqavilə şərtləri üzrə şifahi razılığa gəliblər.

Osimhen illik 15 milyon avro maaşla beş illik sözləşmə imzalamağa razılaşıb. Məlumata görə, “Mançester Yunayted” transfer üçün “Napoli”yə təxminən 60 milyon avro təklif etməyi planlaşdırır. Ancaq İtaliya klubu çox güman ki, bu məbləğdən daha yüksək, təxminən 80 milyon avro tələb edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button