
“Tottenhem” də 70 milyon avroluq hücumçuya göz dikib
“Leyptsiq”in hücumçusu Benjamin Şeşko karyerasını “Tottenhem”də davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu sloveniyalı forvardla yaxından maraqlanır.
Deyilənə görə, Şeşkonu hazırda 70 milyon avroya almaq mümkündür, ancaq cari mövsüm bitdikdən sonra satınalma maddəsi 80 milyon avroya yüksələcək. “Arsenal” da 21 yaşlı futbolçunu izləyir.
Şeşko bu mövsüm bütün turnirlərdə 34 matçda meydana çıxıb, 17 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Leyptsiq”lə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



