“Bayern” icarədə olan futbolçusunu qaytarmağı düşünür

“Bayern” gələcəkdə Manuel Noyerin yerinə yeni qapıçı almaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu icarə əsasında “Ştutqart”a verdiyi qapıçısı Aleksandr Nübelin qaytarılmasını nəzərdən keçirir.

“Bayern”də hesab edirlər ki, komandaya qayıtmaq üçün Nübel daha az səhv etməli və daha ardıcıl oyun keçirməlidir. O, Almaniya Bundesliqasının cari mövsümündə “Ştutqart”ın heyətində 23 oyun keçirib, 34 qol buraxıb və 4 matçda qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button