“Atletiko”nun hücumçusu italyanların hədəfində

“Atletiko”nun futbolçusu Nikola Kaliniç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, xorvatiyalı hücumçu ilə “Bolonya”, “Sampdoriya”, “Atalanta” və “Fiorentina” klubları yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Atletiko”da az şans tapan Kaliniç də, Madrid təmsilçisindən ayrılmaq niyyətindədir. Onun keçmiş komandası olan “Fiorentina”ya keçməyə müsbət yanaşdığı bildirilir.

“Hayduk”, “Dnepr”, “Fiorentina”, “Milan” kimi klublarda çıxış edən Kaliniçin “Atletiko” ilə müqaviləsi 2021-ci ilə qədərdir.

31 yaşlı hücumçu 42 dəfə formasını geyindiyi Xorvatiya millisində 15 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button