![](https://komanda.az/wp-content/uploads/2025/02/5109b3e.png)
“Turan Tovuz”un futbolçusu “Qəbələ”də
“Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Komanda.az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi İbrahim Ramazanov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.
20 yaşlı müdafiəçi “Turan Tovuz”dan icarəyə götürülüb. İcarə müddəti 1,5 il olan Ramazanov 2026-cı ilin yayına qədər “qırmızı-qara” formada çıxış edəcək.
İbrahim 2023/24 mövsümündə “Qəbələ”də 4 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin