ÇL: “Mançester Siti”ni məğlub etmək çox çətindir”

“Real”ın hücumçusu Rodriqo “Mançester Siti” haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İngiltərə klubu ilə oyunun həmişə çətin keçdiyini bildirib:

“Bəli, “Mançester Siti” ilə son matçlarda qol vurdum, amma bu, həmişə çətin olub. Hazırda yaxşı formadayam, ona görə də həlledici rol oynaya biləcəyimi hiss edirəm. Amma hər oyunda özümü sübut etməyə çalışıram.

“Mançester Siti” mənim sevimli rəqibimdir? Yox, yox! Dediyim kimi, bu komandanı məğlub etmək çox çətindir. Heç kim “Real”la olduğu kimi “Mançester Siti”yə qarşı oynamağı sevmir. Keçmiş görüşlərimiz mənə böyük sevinc bəxş edib. Ümid edirəm ki, bu dəfə də belə olacaq”.

“Real” bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Mançester Siti” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button