“Barselona”, MS və “Çelsi”nin izlədiyi futbolçu
Avropanın üç aparıcı klubu “Kristal Pelas”ın sağ cinah müdafiəçisi Daniel Munyosla maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı futbolçunu qarşıdakı yayda müdafiənin sağ cinahını gücləndirməyi planlaşdıran “Barselona” izləyir. “Mançester Siti” və “Çelsi” Munyos üçün Kataloniya klubu ilə mübarizə aparmağa hazırdır.
Munyos bu mövsüm “Kristal Pelas”ın heyətində 27 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin