“Aston Villa” “Çelsi”nin futbolçusunu transfer edib
“Aston Villa” klubu “Çelsi”dən Fransa millisinin heyətində dünya çempionatının gümüş medalını qazanmış Aksel Disasini transfer edib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında Birmingem təmsilçisində çıxış edəcək.
Disasi bu mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə meydana çıxdığı 17 matçda 2 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin