Berdıyev: “10 nəfərlə qalmasaydıq, nəticə fərqli ola bilərdi”
“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 21-ci turunda “Səbail”i qəbul edib.
Komanda.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı adi epizoddan qol buraxmağın üzücü olduğunu deyib:
“İki xal itirdiyimizə görə üzücü faktdır. Ancaq nəzərə alsaq, “qırmızı” ilə bir xal qazanmağımızı hardasa məqbul saya bilərik. Bundan başqa, adi epizoddan qol buraxmağımız da üzücüdür.
İki fərqli oyun oldu. Həm “Kəpəz”lə, həm də bu oyunda. Yenə də deyirəm, nəzərə almaq lazımdır ki, bu oyunu 10 nəfərlə oynadıq. 10 nəfərlə qalmasaydıq, nəticə fərqli ola bilərdi. Mən oyunçularıma da tapşırmışdım, belə vəziyyətlərdə riskə getməməmək, topu uzaqlaşdırmaq lazımdır.
Hakmanın belində zədəsi var, ona görə əvəzlədik. Dəqiq bilmirik nə qədər vaxta sağalacaq”.
“Turan Tovuz” növbəti turda səfərdə “Sabah”la qarşılaşacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin