MY Reşford üçün 2 variantı nəzərdən keçirir

“Mançester Yunayted”in hücumçusu Markus Reşfordun gələcəyi qeyri-müəyyən olaraq qalır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi ingilis forvardla bağlı iki variantı nəzərdən keçirməyə hazırdır. Bu seçimlər oyunçunu mövsümün sonuna qədər “Yuventus”a icarəyə vermək və ya “Barselona”ya tam transfer etməkdir. 27 yaşlı futbolçuya Premyer Liqada xüsusi tələbat yoxdur.

Reşford bu mövsüm Premyer Liqada 15 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button