“Mançester Siti”nin sabiq hücumçusu 4-cü liqa klubunda
“Mançester Siti”nin sabiq futbolçusu Vilfrid Boni hazırda azad agent statusu daşıyır.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı hücumçu İngiltərənin 4-cü liqa təmsilçisi “Nyuport”la məşqlərə başlayıb. 2015-ci ildə 32 milyon avro qarşılığında “Mançester Siti”yə keçən Boni, yenidən karyerasını İngiltərədə davam etdirmək istəyir.
İngiltərədə “Mançester Siti”, “Stok Siti”, “Suonsi” kimi komandalarında forma geyinən Boninin son klubu Qətər “Əl Ərəbi”si olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin