“İnter”in xorvat futbolçu ilə bağlı planı
Hüquqları Zaqreb “Dinamo”suna məxsus olan yarımmüdafiəçi Petar Suçiç özünü İtaliya A Seriyasında sınaya bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçunun xidmətində “İnter” maraqlıdır.
Milan klubunun nümayəndələri 21 yaşlı oyunçunun agenti ilə ilkin danışıqlar aparıb. Onlar Suçiçi yanvarda almaq və onu 2024/25 mövsümünün sonuna qədər icarə əsasında “Dinamo”da saxlamaq istəyirlər.
Suçiç cari mövsümdə 17 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin