Gələn həftə taleyinə aydınlıq gələcək – “Barselona”nın futbolçusunun

Önümüzdəki həftə “Barselona”nın müdafiəçisi Ronald Arauxonun gələcəyi məsələsində həlledici olacaq.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, kataloniyalılar vəziyyətə aydınlıq gətirmək üçün yaxın vaxtlarda uruqvaylı oyunçu ilə görüş keçirməyi planlaşdırır.

Müqavilənin uzadılması ilə bağlı tərəflərin mövqeləri bir-birindən çox fərqlidir və “Barselona” Arauxonun 2026-cı ilin yayında azad agent kimi ayrılmasına icazə vermək istəmir.

“Yuventus” 26 yaşlı futbolçunun transferi ehtimalına nikbin yanaşır. Turin klubu Uruqvay millisinin oyunçusu üçün 50 milyon avro ödəməyə hazırdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button