“Qapını döyüb getmək istədiklərini bildirsələr…” – “Çelsi”nin baş məşqçisi
“Çelsi”nin baş məşqçisi Enzo Mareska klubun qış satışlarından danışıb.
London klubunun bir çox oyunçusunun adı daimi oyun praktikasının olmaması səbəbindən erkən ayrılma ilə əlaqələndirilir.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı narazı futbolçuların yanvarda yola düşməsinə icazə veriləcəyini gizlətmir:
“Qapını döyüb getmək istədiklərini bildirsələr, “yox, sən mütləq burada qalacaqsan” deməyəcəm. Bir oyunçu şans qazanmadıqda və klubu tərk etmək istədikdə, bütün tərəflər üçün ən yaxşı həll yollarını tapmaq lazımdır”.
“Çelsi” bu gün Premyer Liqada “Fulhem”i qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin