Argentinalı futbolçu Ranyeriyə görə “Roma”da qalmağa qərar verib
“Roma”nın yarımmüdafiəçisi Leandro Paredes komandanın baş məşqçisi Klaudio Ranyeriyə görə İtaliya klubunda qalmağa qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt təmsilçisi argentinalı oyunçu ilə müqaviləni yeniləyə bilər. Onun “Roma” ilə hazırkı müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir.
Parades 2023-cü ilin yayından “Roma”da oynayır. O, əvvəllər PSJ və “Yuventus” çıxış edib.
30 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 13 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin